| |||||||||||||||||
| |||||||||||||||||
Sponsor AlanıAnamur SEDİRAnamur SEDİR 1993-1994-Aralık 1993 1. Sayı-Ocak 1994 2. Sayı -Şubat 1994 3. Sayı -Mart 1994 4. Sayı -Mayıs 1994 5. Sayı SaatHİKÂYELERİmran AKSOY HikâyeleriAna MenüSponsor AlanıZiyaretçi Bilgileri
HAVA DURUMU |
HER ŞEY VATAN İÇİN-214 Haziran 2021, 00:54 HER ŞEY VATAN İÇİN-2 Ölümdən qorxmayan bir millətə ölüm yoxdur. Amal uğrunda ölmək əbədi yaşamaqdır. Şeyx Məhəmməd Xiyabani Vətəni sevmək ,onu qorumaq hər birimizin vicdan borcudur.Bu borcu övladlarımız düşmənin başını əzərək canıyla,qanıyla ödədi. 28 il çəkdiyimiz Vətən həsrətinə ordumuz 44 günlük savaşla son qoydu. Haqq qalib gəldi! Azərbaycanın bütövlüyü, Qarabağın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allah şəfa və səbr versin. Abbasov Müşviq Qabil oğlu 1970-ci il aprelin 16-da Ağdamın Gülablı kəndində anadan olmuşdu.1-ci Qarabağ savaşında Müşviq böyük qardaşı 1967-ci il təvəllüdlü Abbasov Musa və kiçik qardaşı 1973-cü il təvəllüdlü Abbasov Xəqani ilə birlikdə könüllü olaraq döyüşə ollanmışdı. Onlar Ağdam, Ağdərə, Əsgəran, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş,ermənilərin qorxulu röyasına çevrilmişdilər. Abbasov Musa 1992-ci ildə döyüşlərin birində ağır yaralanmışdı.Uzun müddətli müalicələrə baxmayaraq 1998-ci ildə aldığı yaralardan şəhid olmuşdu. 2-ci Qarabağ savaşında Abbasov Müşviq qardaşı Xəqani , iki oğlu Şamil və İntiqamla könüllü olaraq cəbhəyə yollandı. İllər uzunu qəlbində Vətən həsrəti,şəhidlərimizin intiqamı ilə yaşayan Müşviq əsl qəhrəmanlıq dastanı yazdı.Abbasov Müşviq 5 0ktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Məkanı cənnət olsun. 2-ci Qarabağ müharibəsinin iştirakçısı Əsədov Anarın dediklərindən:“Biz heç vaxt düşmənin mülki əhalisini atəşə tutmadıq.Ancaq atış nöqtələrini susdururduq.Ermənilər isə bizim mülki əhalinin yaşadığı yerləri-kəndləri,şəhərləri vururdular.Bu da onların qorxaq və alçaq olduğunu göstərir.” Əsədov Anar 28 may1978-ci ildə Füzuli rayonunun Mahmudlu- 2 kəndində anadan olmuşdu.Uzun müddət Beyləqanda Mühafizə polisi olan Anar son 4 ildə Milli ordu sıralarında hərbi qulluğa başlamışdı.Qarabağ savaşında ön sıralarda döyüşən Anar 10 oktyabrda Ağdam istiqamətində minamyot partlayışı nəticəsində ağır yaralanmışdı.Dörd dəfə ağır əməliyyat keçirən qazinmizin sol ayağı amputatsiya olmuşdu.Qazimiz A.Əsədov döyüşlərdə göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü “ medalı ilə təltif olunmuşdu. Hüseynov Yalçın Məhəmməd oğlu 1974- cü il aprelin 22- də Ağdamın Nəmirli kəndində anadan olmuşdu.Müharibə başlayanda könüllü olaraq ordu sıralarına yazılan Yalçının ilk döyüş yolu Ağdamın Xaçınstroy kəndindən başlamışdı. O, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin başçılıq etdiyi batalyonda döyüşmüşdü. Ağdərə, Xocavənd, Kəlbəcər uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub. Dəfələrlə ölümlə burun-buruna gələn Yalçın qucağında can verən döyüş yoldaşlarından danışanda göz yaşlarını saxlaya bilmir.Qazi Hüseynov Yalçın döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən naminə” medalı ilə təltif olunmuşdu. Xankişiyev Cahangir Rəsul oğlu 1972- ci il Yevlaxın Qaramanlı kəndində anadan olmuşdu.Cahangir qazi Hüseynov Yalçının bacısı oğludur.1992-ci ildə könüllü olaraq cəbhəyə gedən Cahangir Kəlbəcər,Laçın döyüşlərində qəhrəmanlıqla vuruşmuşdu.1992- ci ildə Laçın uğrunda gedən ağır döyüşlərin birində itkin düşmüşdü.Şahidlərin dediyinə görə onun olduğu tank düşmən tərəfindən mərmi atəşinə tutulmuş və nəticədə tank dərəyə yuvarlanmışdı. 28 ildir ki,Xankişiyev Cahangirdən heç bir məlumat yoxdur. 2-ci Qarabağ savaşının iştirakçısı Seyidbala Hidayət oğlu Əliyev 1990-cı ildə Qubada anadan olub.44 günlük savaşda xüsusi qəhrəmanlıq göstərən kiçik çavuş Seyidbala Əliyev Füzulinin işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə ağır yaralanmışdı.Qazimizin hər iki ayağı “İlizarov” aparatındadir. Muradov Pərvin Məmməd oğlu15 noyabr 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdu.2-ci Qarabağ savaşında Füzuli,Cəbrayıl,Xocavənd uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdi.Qazimiz oktyabrın 31-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yoldaşları minaya düşür. Pərvin düşünmədən hər iki yoldaşını yaralı olaraq döyüş meydanından çıxarır,digər əsgər yoldaşı İsmayılov Novruzu xilas edərkən yenidən mina partlayır və Pərvin ağır yaralanır. Döyüş yoldaşı İsmayılov Novruz isə haqqa şahid olaraq şəhid olur.Qazimiz Pərvin üç dəfə ağır əməliyyat keçirib. Məmmədov Adil Sadəddin oğlu 1973-cü ildə Şəkinin Oxut kəndində anadan olmuşdu.1-ci Qarabağ savaşında döyüşlərə könüllü qatılaraq Ağdam,Ağdərə,Əsgəran uğrunda gedən döyüşlərdə iştirak etmişdi.23 aprel 1994-cü ildə boyun nahiyəsindən ağır yaralanmışdı və bir müddət müalicə olaraq yenidən hərbi xidmətə qatılmışdı.Döyüşlərdə göstərdiyi şücaətlərə görə əsgər Adil Məmmədova kiçik çavuş rütbəsi verilmişdi.Sonralar qazimiz “Vətən naminə” medalı ilə təltif olunmuşdu. Vətən imandır,Vətən sevgidir! Qanımızla yoğrulan ulu torpaqdır! Yazar: Mənsurə Eldar Xələfbəyli Bu haber 1026 defa okunmuştur.
|
Sponsor AlanıSANATIN İÇİNDEN ;Sponsor Alanı |
|||||||||||||||
0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir.
Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder. |