anamursedir-anamur dergi
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE RSS KAYNAĞI İLETİŞİM

Sponsor Alanı

Anamur SEDİR

Anamur SEDİR 1993-1994

   -Aralık   1993  1. Sayı
   -Ocak    1994  2. Sayı
   -Şubat   1994  3. Sayı
   -Mart     1994  4. Sayı
   -Mayıs   1994  5. Sayı

MAKİ DERGİSİ

MAKİ DERGİSİ-105

Saat

Ana Menü

Sponsor Alanı

 

Ziyaretçi Bilgileri

»Aktif 55  
»Bugün 3246  
»Toplam 12176566  
Sayın Ziyaretçimiz
»IP'niz | 35.171.146.141
» Bu sitemizi ziyaretiniz

HAVA DURUMU

ANAMUR

Nazim AHMEDLİ - ŞEİRLER

Misafir Kalem

25 Nisan 2021, 14:46

Misafir Kalem

 
          Nazim ƏHMƏDLİ

 ŞEİRLER (Şiirler):

Ovcumun için oxu

ovcumun için oxu,
saçımdakı qarı de;
qışı da yola verdik,
bu gələn baharı de;

gül oldum göy üzünə,
yol tutum, köy üzümə;
bir bax, göm-göy üzümə,
könlümün qubarın de;

yatıb qaldım, boyatam,
kimdi məni oyadan;
aramızda  boy atan,
o hicran hasarın de;

duman çöküb şəhərə,
nə qalıbdı səhərə;
dərdləri yığ  bir yerə,
mənə yarı-yarı de;

ruhum bir uzaq ada,
yoxdu nə səs, nə səda;
canıma düşən oda,
gözlərinin qoru de;

gəl, deyək-gülək deyim,
həsrəti bölək deyim;
mən sənə mələk deyim,
sən də mənə Tanrı de.

Saçımdan işıq gəlir

nə axşam, nə səhərdi,
gecə yarıdı, deyən;
bir damcı da yağmadı,
bulud qurudu, deyən;

qaranlığı dan uddu,
üfüqləri qan uddu;
məni sevdi, unutdu,
o qız qarıdı, deyən;

ilin hansı ayıdı,
canım bir az soyudu;
payız yenə qayıdıb,
yollar sarıdı, deyən;

bilmirsən, nə çəkirəm,
göydən ulduz  sökürəm;
ürəyimə tökülən,
həsrət qorudu, deyən;

hardan boylanım-baxım,
yenə bir az darıxım;
bu da dəmir çarığım,
yollar yoruldu, deyən;

həsrətim daşıb gəlir,
yuxum qarışıq gəlir;
saçımdan işıq gəlir,
qışın qarıdı, deyən.

Sevdam məni buraxmır

yatmadığım bir gecə,
görmədiyim bir yuxu;
yenə, yenə uzaqdan,
 həsrət sel kimi axır;

ocağım közün üstə,
gecəm gündüzün üstə;
yatdım bir üzüm üstə,
getsən, məni də çağır;

dərdim itən o yurtdu,
məni kimlər unutdu;
könlüm  bulud-bulutdu,
yaxasından söz yağır;

ağrını kim kişlədi,
ruhum əsdi, kişnədi;
iliyimə işlədi
bu payızın sazağı;

bilmirəm, nə edrəm,
azıb harda itirəm;
buralardan  gedirəm,
sevdam məni buraxmır.

Niyə belə solmusan

niyə belə solmusan,
nə  bət, nə bəniz qalıb;
duman dağa sarılıb,
nə cığır, nə iz qalıb;

çıxıb qardan, sazaqdan,
kimsə gəlir uzaqdan;
bax, o sönən ocaqdan,
bircə  ovuc köz qalıb;

bulud sökülüb gedib,
yarpaq bükülüb, gedib;
sular çəkilib gedib,
nə çay, nə dəniz qalıb;

düşünürəm, bayaqdan,
nə vardanam, nə yoxdan;
fələk ölübdü, çoxdan,
yerində kəniz qalıb;

hamı dərdlə əlləşər,
hərəyə bir pay düşər;
nə gündədi, bu bəşər,
dünya yiyəsiz qalıb.

Gəlim, bir yarpaq qoy sinəmin üstə

gəlim bir yarpaq qoy, sinəmin üstə,
deyim  yaz gəlibdi, yaşıldı, könlüm;
səninlə bir gündə doğulub, sevdam,
olub sevdamızın yaşıdı könlüm;

illərdi yollarım daşa düyülür,
payıza düyülür, qışa düyülür;
sənun ürəyinlə qoşa doyünür,
sənin ürəyinin başıdı, könlüm;

gözümün qubarı selə yazılıb,
çiynimə dağ boyda şələ yazılıb;
neyliyim, alnıma belə yazılıb,
həsrəti, çiynundə daşıdı, könlüm;

fələk tələsidi, qurdu da, belə,
şirin arzuların  ardı da, belə;
küləklər apardı yurdu da, belə,
dünyanın boranlı qışıdı, könlüm;

bilmirəm, Allahım mənə yardırsa,
neyliyim, saçıma qırov sardısa;
adını çəkdilər bu gün, hardasa
buz tutdi içimdə- üşüdü, könlüm;

gedim, qopub düşən lələk gətirim,
dərdi ələməyə ələk gətirim;
dağlardan bir dəstə çiçək gətirim,
bu gün həsrətimin yaşıdı, könlüm.

Dünyanın kənarı uçrum

dünyanın kənarı uçrum,
qayıdım, dönüm geriyə;
arxaya baxmıram daha,
dağlar üstümə yeriyər;

ulduzlar sellənib axır,
buluddan qara daş yağır;
qarşıma bir fələk çıxır,
gözü  səyriyə-səyriyə;

alnıma nə yazılıbdı,
yazılanlar pozulubdu;
göy üzündən asılıbdı,
Günəş- əriyə-əriyə;

o kimdi, dərdi bağlıyır,
bağlıyıb kimə saxlıyır;
Tanrı uşaq tək ağlıyır,
nə bilim, nə vaxt kiriyə;

Allahım, məndən incimə,
dünyanı vermisən, kimə;
canımı çəkdim içimə,
ruhumu duman bürüyər.

Sabah nə olar, olar

gəl, burda qalaq, bir az,
məni yordu, bu yollar;
bulaq kimi qaynayır,
içimdəki xəyallar;

bu ömür sənə-sənə,
gəlib çıxdıq bu günə;
gecə yuxumda yenə,
tərsinə axır, sular;

ruhum sözün üstədi,
canım közün üstədi;
könlüm yağış istədi,
yenə buludlar dolar;

gör, payıza nə qalıb,
günlər yaman qısalıb;
alnıma cığır salıb,
ayrılıqlar, vüsallar;

gəlib bu yaşa çatdım,
daha nə var, həyatım;
durum yıxılım-yatım,
sabah nə olar, olar.

Saçlarını dağıtma

buluda yağış gələr,
dağa dumanlıq düşər;
nəfəsin, buz kimidi,
ürəyim donub düşər;
 
payız tutub üzümü,
hardan asım özümü;
göyə tutma, üzünü,
göy üzü sınıb düşər;

nə yazılıb baxtıma,
çıxam, bəxtin taxtına;
saçlarını dağıtma,
qəfil qaranlıq düşər;

həsrət harda soy atıb,
ayrılıqlar boy atıb;
ruhum buludda yatıb,
birdən oyanıb düşər;

dərd qalıb, pərdə-pərdə,
sevgilər solan yerdə;
məni unutma, bir də,
ürəyim sınıq düşər.

boylandım dan üzünə

boylandım dan üzünə,
dan üzü qıp-qırmızı;
payız dönür deyəsən,
könlümə qubar sızır;

buludlar nəhr-nəhr,
həsrət çiynimi əyir;
mən dəlicə bir şair,
sən də, zalımın qızı;

ötüb ömrün yarısı,
yarı oddu, yarı su;
üzün Ayın arısı,
çiçəklərin bəyazı;

dərd də ki, büküm-büküm,
sürüyüb hara çəkim;
sındırıb yerə töküm,
göydən  Ayı- ulduzu;

səni yaman özlədim,
ürəyimi közlədim;
bir yer elə, gizlədim,
bu qayıdan payızı;

yandım, odun üzümdə,
qovruluram, közündə;
bilmirəm heç, özüm də,
bu eşqi hara yazım.

dünya bir qalacıqdı

çıxıb getmək istədim,
dedilər yol açıqdı;
sözü ip tək əyirdim,
uzandı, yola çıxdı;                

bu yollar burum-burum,
harda dayanım-durum;
dedim, bir yuva qurum,
qarşıma qala çıxdı;

bu nədi, başımdakı,
qar düşüb, qışım təki;
o dağın başındakı,
qar deyil, alaçıqdı.

axı, kimə borcluyuq,
hərə bir az suçluyuq;
gəlib gedən yolçuyuq,
dünya bir qalacıqdı;

yaz, sətir-sətir məni,
tap, bir də itir, məni;
həsrətin ütür məni,
könlüm evi uçuqdu;

qar dənə-dənə gəlir,
dərd dönə-dönə gəlir;
başımıza  nə gəlir,
deyirlər, olacaqdı.

ömür harda üyündü

bu  sim kimi ürəyim,
niyə, qəfil qırıldı;
aşıb keçə bilmədim,
həsrər qəlbi barıdı;

ağrılar büküm-büküm,
çəkir  çiynimin yükün;
bu yurddan hara köçüm,
hər yanı dərd darıdı;

neynirdin, bu zülümü,
hara atdın, külümü;
ciliklənmiş könlümü,
ağrılara sarıdın;

saçlarımda  çən inlər,
içimdə bir mən inlər;
ötüb getdi, min illər,
ayrılıqlar qarıdı;

sözüm ilmə-ilmədi,
üzün yenə gülmədi;
axıb gedə bilmədi,
ağ sular da, qurudu;

yollar düyün-düyündü,
ömür harda  üyündü;
ürəyim çox döyündü,
axır o da, yoruldu.

Gülüm, məni bağışla

nədən belə kür oldum,
gülüm, məni bağışla;
dilim-dilim olasan,
dilim, məni bağışla;

nə vardı, dünənəcən,
yol gəlmişəm, sənəcən;
yenə, yanıb sönəcəm,
külüm, məni bağışla!

baharım, qışım yanır,
torpağım, daşım yanır;
içim alışıb yanır,
çölüm, məni bağışla;

bu yollar,  burum-burum
bir ayrıca yol qurum;
günahıma od vurum,
gəlim, məni bağışla;

baxıram, dərd üstəsən,
göz yaşına bəstəsən;
gülüm, bir də istəsən,
ölüm, məni bağışla.

yenə, dönüb gələcəm

çox uzaqda deyilsən,
dön bax, bircə anlığa;
üzümün bir tərəfi,
yapışıb qaranlığa;

məni kim üzür, axı,
qopur, könlümün bağı;
gün üzü axşam çağı,
əriyir, toranlığa;

bax, tıncıxır, nəfəsim,
içimdə qalıb səsim;
hələ getmə, əzizim,
təzə dərd aramağa;

ürəyimi qazıblar,
qazıb hardan  asıblar;
alnımdakı yazılar,                                    
tökülüb, ağ varağa;

məni kim arayacaq,
həsrətim qarıyacaq;
göy üzü quruyacaq,
buludlar yağa-yağa;

ocaq yanır, küləcən,
bir gün mən də, öləcəm;
yenə, dönüb gələcəm,
günahımı danmağa.

                     Nazim ƏHMƏDLİ

 

        &&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&

              

                            Nazim ƏHMƏDLİ

 

Nazim Əhmədli Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunu bitirib.Uzun müddət Azərbayan Yazıçılar Birliyində işləyib.  Birinci Qarabağ müharibəsinin veteranıdir.Hal hazırda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sərədləri Arxivində direktorun müavini vəzifəsində işləyir.

"Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı", "Mən bir günah elçisiyəm" şeirlər, "Əfv eylə məni" qəzəllər, "Mənim generalım" bədii-sənədli povest, "Qız təbəssümü" hekayələr, "Mollaəhmədli və Mollaəhmədlilər" (bədii publisistik, etnoqrafik), Unutduğum göy üzü(şeirlər) Bakı, "Qanun nəşriyyatı" 2019 "Buludları üstümə ört" (şeirlər) Təbriz şəhəri, "Aydın sav" nəşriyyatı 2020. "Yenə dönüb gələcəm" (şeirlər) "Vektor" Elmlər Akademiyası, Bakı şəhəri 2020.adlı kitabların müəllifidir.

 Şeirləri respublika mətbuatında müntəzəm olaraq çap olunur, ve rus, çeçen, alman dillərinə tərcümə olunub. N. Əhmədli Rus, İsveç, Yapon ədəbiyyatlarından dilimizə tərcümələr edib.

Bu haber 341 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit
    HER ŞEY VATAN İÇİN-214 Haziran 2021

Sponsor Alanı

Sponsor Alanı

 

ANKET

ANAMUR OKULLARINDA SERBEST KIYAFET UYGULANSIN MI?




Tüm Anketler

0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir. Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder.
RSS Kaynağı | Anasayfa | İletişim

(c)2012 Anamur Sedir