![]() | |||||||||||||||||
| |||||||||||||||||
| |||||||||||||||||
Sponsor Alanı![]() Anamur SEDİRAnamur SEDİR 1993-1994-Aralık 1993 1. Sayı-Ocak 1994 2. Sayı -Şubat 1994 3. Sayı -Mart 1994 4. Sayı -Mayıs 1994 5. Sayı SaatHİKÂYELER![]() İmran AKSOY HikâyeleriAna MenüSponsor Alanı![]() Ziyaretçi Bilgileri
HAVA DURUMU |
Ülker NİCATLI Şiirleri![]() 15 Ekim 2021, 21:58 Ülkər NİCATLI’dan Şiirler: Bir az Yaşıl çəmənlərin ilməsi qaçıb, Mamırlı qayalar dişini qıcıb. Həsrəti götürüb haraya qaçım, Vətənin ağrısı azalsın bir az. Nisgildən göyərib o yol, o cigır, Qəmli gözlərindən qəriblik yağır. Dərdinə söykənib harayla, çağır, Vətənin dərdləri azalsın bir az. Kədər xəncər kimi məni doğradı, Bu yerin torpağı, daşı doğmadı. Talesiz yollara günəş doğmadı, Vətənin dərdləri azalsın bir az. Ülkər NİCATLI (Azerbaycan) *************************************** Burax bu misranı... Yamyaşıl misralar uçur havada, Birinin üstünə adım yazılıb. Açıb oxuyuram göz yaşlarımı, "Sənin məktubunu aldım'' yazılıb. Hopub üst-başıma qürbət qoxusu, Tanrıya yazıram bu gileyimi. Bir misra üzümə çırpır özünü, Bu dünya şairə vətən deyilmi?! Bu yaşıl misranın gözlərinə bax, Çevir həqiqəti bayraq üzünə. Görən bu misranın günahı nədir, Niyə həsrət qalıb varaq üzünə?! Burax bu misranı, qoy uçub getsin, Dincəlmək vaxtıdır, daha gecədir. Mənə inanmırsan, özün bilərsən, Soruş ağaclardan saat neçədir? Ülkər NİCATLI (Azerbaycan) *************************************** Bu payızdan ötür Qaçıb təbiətin isti yuxusu, Diksinir yarpağın ölüm qorxusu. Hopub üst-başına kədər qoxusu, Məni bu payızdan ötür, İlahi! Yetmir bu ümidin sözü həsrətə, Buludlar yol alıb üzü həsrətə. Bir əlçim çarə et özün həsrətə, Məni bu payızdan ötür, İlahi! Bu kövrək qəlbimin soruş halını, Qopar könlümdəki dərdin xalını. Getdiyin yolların qırışıb alnı, Məni bu payızdan ötür, İlahi! Yaman qəribsəyib odum, ocagım, Dərdə bələnibdi qoynum, qucağım. Qalıb uzaqlarda o gənclik çağım, Məni bu payızdan ötür, İlahi! Ülkər NİCATLI (Azerbaycan) *************************************** Şəhidlər xiyabanı Torpaq öz səbrini darayır burda, Ucalıb qeyrətin sarayı burda. Donub həqiqətin harayı burda, Burda ocaq-caq üşüyür Vətən. Könül bir az toxta, nəfəsini dər, Yüz ildi bu dərdin dərdi təzə-tər. Burda alov-alov kişnəyir kədər. Burda ocaq-caq üşüyür Vətən. Dağların döşündə söz düyün düşüb, Dərdin ocağında köz düyün düşüb. Dözüm sözündəki “döz” düyün düşüb Burda ocaq-caq üşüyür Vətən. Bəxtimin sarayı dərd daşlarından, Keçirəm alnımın qırışlarından. Tonqal qalamışam göz yaşlarımdan, Burda ocaq-caq üşüyür Vətən. Ülkər NİCATLI (Azerbaycan) *************************************** Balaca Zəhraya -(2017-ci il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndində ermənilərin törətdiyi təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhranın xatirəsinə)- Bax, ürəyin xal yerindən, Yarasının al yerindən. Körpə dilin lal yerindən, Bir misra çək, bir misra çək. Bəxtin, düşsün daş başına, Qan tez yağır yaddaşına. Qələm batır göz yaşına, Bir səhra çək, bir səhra çək. Bir layla sərin üstünə, Bir körpə qəbrin üstünə. Allah, öz səbrin üstünə, Bir Zəhra çək, bir Zəhra çək. Ülkər NİCATLI (Azerbaycan) *************************************** Ellər Umidi qursaq əvəzi Bacanızdan atdım, ellər! Bir ovuc Qarabağ verin, Bu bayramda dadım, ellər! Qeyrətimə bu tən yollar, Haçan mənə vətən yollar? Qələbəyə gedən yollar, Baxır maddım-maddım, ellər! Atan, anan, bacın idi, Sənin qeyrət tacın idi. Bir vaxt Şuşa, Laçın idi, Yaddan çıxıb adım, ellər! Hər daşda bir ünvan yatıb, Arzu yatıb, güman yatıb. Xiyaban-xiyaban yatıb, Neçə min övladım, ellər! Damarda çağlar dənizlər, Səngər - səngərdir bənizlər. Dalğalanır Mübarizlər, Gəlir addım-addım, ellər! Bu haber 742 defa okunmuştur.
|
Sponsor AlanıSANATIN İÇİNDEN ;Sponsor Alanı![]() |
|||||||||||||||
0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir.
Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder. |