anamursedir-anamur dergi
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE RSS KAYNAĞI İLETİŞİM

Sponsor Alanı

Anamur SEDİR

Anamur SEDİR 1993-1994

   -Aralık   1993  1. Sayı
   -Ocak    1994  2. Sayı
   -Şubat   1994  3. Sayı
   -Mart     1994  4. Sayı
   -Mayıs   1994  5. Sayı

MAKİ DERGİSİ

MAKİ DERGİSİ-105

Saat

Ana Menü

Sponsor Alanı

 

Ziyaretçi Bilgileri

»Aktif 17  
»Bugün 52  
»Toplam 14031733  
Sayın Ziyaretçimiz
»IP'niz | 3.145.151.141
» Bu sitemizi ziyaretiniz

HAVA DURUMU

ANAMUR

HAFİZ MUELLİM (EYNULLAYEV'İ) TEBRİK MESAJI

G. CEMALETTİN

21 Nisan 2022, 23:00

G. CEMALETTİN

 
              HAFİZ MUELLİM (EYNULLAYEV’İ) TƏBRİK MESAJI

 

O adam həm sadə, həm də sadə olduğu qədər də mürəkkəbdir. Duyğuları, düşüncələri, həyata, insanlara baxışı, dünyəvi nəsnələrə biganəliyi ilə seçilir.

İnsanın geni, qanı, onun haqqında şox şey deyir. “Gen” sözü həm də uzadan gələn anlamında işlənir bəzi bölgələrdə.O, da Sumqayıtın  halalıq, saflıq rəmzi sayılan gözəl yazıçı, publisist, sözünün, qələminin  kölgəsinə deyil, işığına sığınan Feyzi Mustafayevin  genetik kodlarının daşıyıcısı və davamçısıdır.

Qəribə, bənzərsiz adamdır. Bu bənzərsizlik onun dünyaya gəldiyi gündən - anatomik qurluşunda özünü büruzə verib. Yəni o tibbdə  deksrtakardiya deyilən   hadisəinin  barmaq hesabı qədər sayılacaq  tək- tük  nümunəsidir. Ürəyi sağda, qaraciyəri solda və bütün orqanları 180 dərəcə öz orbitindən çıxmış vəziyyətdədir.

Dili qəlizdir. Onu anlamaq  çox çətindir. Çünki o hamının danışdığı sadə, bəsit dildə danışmır .Dilin, düşüncənin alt qatına yenir və öz oxucusunu da o fəlsəfi qata yendirir. Əgər yenə bilsən...

Onun hekayələrini oxuyan məhəlli ədəbiyyatdan bir addım qabağa gedə bilməyən, burnunun ucundan o tərəfi görməyən adamların qarşısına sual işarəsi kimi çıxır həmişə. Çünki o, məhəlli düşünmür, məhəlli ədəbiyyat yaratmır. 

 

 

Paytaxtda və şəhərimizdə  mədəniyyətimiz və ədəbiyyatımız üçün gördüyü işlərin, elədiyi xidmətlərin sayı- hesabı yoxdur. Onun hekayə və ssenariləri ilə tanış olan, ssenariləri əsasında çəkilmiş filmləri izləyən türk aydınları: “Bu adam nə qədər intellekt sahibidir, elmli biridir”,- deyə daim onunla maraqlanıblar,  zəkasına  heyran qaldıqlarını  bildiriblər. Hətta içlərindən  onu türkiyəyə aparmaq istəyində olanlar da olub.

Bu il Sumqayıt Dövlət Dram Teatrında onun ssenarisi əsasında  iki tamaşa səhnəyə qoyuldu.Tamaşaçılar, bütün  zal   ayaqüstə alqışlarla  qarşıladı .Azərbaycanın uğruna sevinənlərin, onun uğruna necə sevindiklərinin şahidi olduq.

Bu yaxınlarda isə dahi Nizaminin  “Xəmsə”sinin motivləri əsasında ssenari  müəllifi  olduğu  “Xəzinə” adlı ikinci tamaşasını  yenə də böyük insan   axınının ayaqüstü alqışlaması onun böyük  istedadından  və vətəninə, ədəbiyyatına, mədəniyyətinə  olan böyük sevgisindən xəbər vermirmi?!

Böyük düşüncələr yiyəsidir. Dünyanı, Yer kürəsini vətən bilən qələm sahiblərindəndir. Buna görə də  dünyada, Yer üzündə gedən proseslərə  biganə qala bilmir. Çox şey onu narahat edir.

Səbirlidir, amma haqsızlığa qarşı barışmazdır, amansızdır. Halal adamdır. Çünki mayası halallıqla yoğrulub.

Bu gün onun dünyaya gəldiyi gündür(22 Nisan). Təbrik edir, cansağlığı, işlərində və yaradıcılığında uğurlar arzulayıram.

 

Gülnarə Cəmaləddin

Bu haber 359 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit
    Ramazan bayramına doğru09 Nisan 2024

Sponsor Alanı

Sponsor Alanı

 

ANKET

ANAMUR OKULLARINDA SERBEST KIYAFET UYGULANSIN MI?




Tüm Anketler

0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir. Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder.
RSS Kaynağı | Anasayfa | İletişim

(c)2012 Anamur Sedir