anamursedir-anamur dergi
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE RSS KAYNAĞI İLETİŞİM

Sponsor Alanı

Anamur SEDİR

Anamur SEDİR 1993-1994

   -Aralık   1993  1. Sayı
   -Ocak    1994  2. Sayı
   -Şubat   1994  3. Sayı
   -Mart     1994  4. Sayı
   -Mayıs   1994  5. Sayı

MAKİ DERGİSİ

MAKİ DERGİSİ-105

Saat

Ana Menü

Sponsor Alanı

 

Ziyaretçi Bilgileri

»Aktif 45  
»Bugün 3458  
»Toplam 12176778  
Sayın Ziyaretçimiz
»IP'niz | 35.171.146.141
» Bu sitemizi ziyaretiniz

HAVA DURUMU

ANAMUR

Önder Heyder Aliyev - Emin BAYRAMLI

Genç KALEMLER

10 May?s 2021, 12:21

Genç KALEMLER

Ulu Öndər Heydər Əliyevin Anım Gününü Böyük Ehtiramla Anırıq

 

Azərbaycan xalqının Ümummilli Heydər Əlirza oğlu Əliyev 10.05.1923-cü ildə Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. Dahi şəxsiyyət Heydər Əliyev haqqında çox danışmaq olar. Ulu Öndər Heydər Əliyev Azərbaycanın çox çətin bir  gündə olduğu zaman demişdir ki, mən hər zaman xalqımın yanındayam və bu çətinliyi aradan qaldırmaq üçün xalqıma öz köməyimi əsirgəməyəcəm.

 

03.10.1993-cü ildə Azərbaycanın çətin bir vəziyyətdə olduğu zaman xalqın istəyi ilə Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə gəlməsi, xalqın Ulu öndərimizə olan inam və etibarından irəli gəlmişdir. Hər kəsin böyük sevgisini qazanan dahi şəxsiyyət Heydər Əliyev öz güclü siyasəti nəticəsində zamanla Azərbaycan xalqını bu bəladan qurtarır və xalqın Ulu öndərimizə olan etibarını daha da artırır. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" sözünün banisi dahi şəxsiyyət Heydər Əliyevdir. Bizdə fəxr edirik ki, Azərbaycanın Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti var.

 

 

Bütün sahədə olduğu kimi uşaq və gənclərə olan diqqət və qayğısı nəticəsində "Uşaqlar bizim gələcəyimizdir!"- deməsi bir çox uşaqların həyatını tamamilə dəyişməsinə səbəb olub. Uşaqlar hər zaman düşünüb ki, bizim Heydər Əliyev kimi dahi şəxsiyyətimiz var və bizim çox gözəl gələcəyimiz olacaq. Həqiqətən Ölkəmiz günü gündən inkişaf edir və bütün işlərdə olduğu kimi uşaq və gənclərə çox böyük önəm verilir. 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir və Azərbaycan xalqını güclü lider, Əliyevlər irsinin davamçısı olan oğlu İlham Əliyevə etibar etmişdir.

 

Səhətində yaranmış problemlər nəticəsində dahi şəxsiyyət Heydər Əliyev 12.12.2003-cü ildə vəfat etmişdir. Ulu Öndər Heydər Əliyevin vəfatı Azərbaycan xalqına böyük itki oldu. İllər keçməsinə baxmayaraq xalqımız heç bir zaman dahi şəxsiyyəti unutmayacaq və xalqımız üçün gördüyü işlər hər bir zaman xatırlanacaq. 

 

 

 

Qeyd edim ki hər il ölkəmizdə dahi şəxsiyyət Heydər Əliyev haqqında tədbirlər keçirilir. Mən də bu tədbirlərdə fəal  iştirak edirəm. Azərbaycan Respublikası Gənclər və İdman İdarəsinin Salyan Rayon Gənclər və İdman İdarəsi Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şeir müsabiqəsində öz yazdığım şeirə görə fərqləndiyim üçün Salyan Rayon İdman və Gənclər idarəsinin rəisi Araz Hüseynov tərəfindən diplomla təltif olundum.

 

 

 

Heydər Baba                     

 

Naxçıvan şəhərində 

Doğuldu Heydər Baba.

Zamanla heyran olduq

Hər birimiz bu ada

 

Vətənin dar günündə

O özünü yetirdi.

Özü ilə birlikdə

Müstəqillik gətirdi.

 

O, rəhmətə gedəndə

Bütün Ölkə ağladı.

Haray çəkib milləti

Sinəsini dağladı.

 

Tədbirlərdə iştirak etməyimə baxmayaraq öz evimizdə başlatdığım "Eminlə birgə" youtube verlişimdə də Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev haqqında çıxışlarım var. Unudulmaz şəxsiyyət dahi insan HEYDƏR ƏLİYEV haqqında çox yazmaq olar. Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyevə Allah rəhmət etsin məkanı cənnət olsun.

 

 

Dahi İnsan

 

Dahi Heydər Əliyev

Çox yaxşı insan idi.

Böyük- kiçik hər kəsi

O ürəkdən sevirdi.

 

Yetimlərə Ataydı

Uşaqların Babası

Düşmənlərin qəlbinə

Kaş olaydı qadası.

 

Özündən sonra bizə

Oğul verdi özü tək.

İlham Əliyevə biz

İndi oluruq dəstək.

 

O dahinin oğludur

Hamı qipdə edəcək.

Onunladır bizlərə

İndi nurlu gələcək.

 

Müəllif: Emin BAYRAMLI

Bu haber 139 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit
    HER ŞEY VATAN İÇİN-214 Haziran 2021

Sponsor Alanı

Sponsor Alanı

 

ANKET

ANAMUR OKULLARINDA SERBEST KIYAFET UYGULANSIN MI?




Tüm Anketler

0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir. Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder.
RSS Kaynağı | Anasayfa | İletişim

(c)2012 Anamur Sedir