| |||||||||||||||||
| |||||||||||||||||
Sponsor AlanıAnamur SEDİRAnamur SEDİR 1993-1994-Aralık 1993 1. Sayı-Ocak 1994 2. Sayı -Şubat 1994 3. Sayı -Mart 1994 4. Sayı -Mayıs 1994 5. Sayı SaatHİKÂYELERİmran AKSOY HikâyeleriAna MenüSponsor AlanıZiyaretçi Bilgileri
HAVA DURUMU |
ATILAN DAŞLAR (ELVİN İNTİQAMOĞLU)10 ?ubat 2021, 23:37 AZERBAYCANLI ELVİN İNTİQAMOĞLU ŞİİRLERİYLE SİZLERLE: ATILAN DAŞLAR Körpəliyin daşın atdım, Daşa dəydi ayağım - Onda bildim iməkləmək yaxşıdır yeriməkdən... İstəməzdim böyüyüm – Əgər anam bezməsəydi, Körpəsinin arxasıyca oyuncaq sürüməkdən... Uşaqlığın daşın atdım, Getdi dəydi qonşu pəncərəsinə, Şüşə oldu çilik-çilik... Onda başa düşdüm kasıblıq nədi – Atamın cibinin canı yox idi bir şüşəlik... Şairliyin daşın atdım, Gəldi düşdü şeir yazdığım dəftərin üstünə... Şair ola bilməyənlər şairliyin daşın ovur – Allahım, kömək ol mənə, Qoyma şairliyin daşın mən də qoyum pis günə... Daş atmağın daşın atdım, Axır-əvvəl anladım ki, daşın düşən yeri var... Hələ ki peşman deyiləm, Allah bilir, subaylığın daşın atsam nə olar!
Elvin İNTİQAMOĞLU DÖRD NƏFƏR İnsanlara Öz dərdimi danışmaq istəyirdim – Halıma dördü ağladı... Üzümdəki kədərdən, Gözümdəki yaş izindən tanıdı – Kor məni gördü ağladı... Kordan kor peşman ayrılıb Karı gördüm – O da qəmli görünürdü, Eşitmişdi ürəyimdən keçənləri... Kar da kara gəlmədi, Lal heç ağzımı açmamış başladı təsəlliyə: Məyus olma, Sən də unut unudub gedənləri... Ölmüş ümidlərimlə dənizə sarı gəldim – Yusun təsəlliləri, Bir nəfər də tapılsın suların arasından... Çiynimə əl toxundu: – Dostum, hazırlaş gedək, Məni Allah göndərib əlil arabasından...
Elvin İNTİQAMOĞLU ELVİN İNTİQAMOĞLU KİMDİR? Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi; 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2008-ci ildən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. 2009-cu ildə yazdığı "Ay qız, sevirəm, sevirəm mən səni" şeiri ilk qələm məhsulu; 2012-ci ildə "168 saat" qəzetində yer almış “Dünya” şeiri isə ilk mətbu nailiyyətidir. "168 Saat", "Oxu Məni", "Haqqın Sədası", “Sözün sehri”, “Ədalət”, “Talisman” və s. ictimai-ədəbi qəzetlər; Azərbaycan Respublikası Təhsil Nazirliyinin aylıq “Təhsil” jurnalı, “Xəzan”, “Ulduz” və s. ədəbi-bədii jurnallar; "Zirvə", "Xəzinə", "Sevgi Damlası", “Yeni Uğur”, “Yaşıl İşıq”, “Türk dünyası şiir seçkisi” şeir toplusu və s. mətbu orqanlar bədii-ədəbi yaradıcılığına müraciət etmişdir. XXI əsr (2000-2020 ) Azərbaycan poeziyasını özündə əks etdirən "Xəzinə" poeziya antologiyasının, qədim və çağdaş poeziyanın müqayisəli təhlilinə həsr olunmuş "Əsrlərə Körpü" poeziya antologiyasının və gənc şairlərdən və şairələrdən (maksimum 40 yaş) ibarət "Yeni Uğur" poeziya antologiyasının tərtibçisi və baş redaktorudur. Redaksiya üzvü olduğu “Xəzan”ın (ədəbi-bədii jurnal) iyul-avqust (2020) buraxılışının tərtibçisi və redaktorudur. Həmçinin, "Haqqın Sədası" qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifəsində də fəaliyyət göstərir. “II Qarabağ müharibəsi” iştirakçısıdır. Ona yaxın filoloji məqalələrin müəllifi və ondan çox müəllifli şeir kitablarının redaktorudur. Bu haber 1304 defa okunmuştur.
|
Sponsor AlanıSANATIN İÇİNDEN ;Sponsor Alanı |
|||||||||||||||
0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir.
Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder. |