TEMİZ YATAQ (TEMİZ YATAK-HEKAYE)


Açıklama:
Kategori: KÖŞE YAZILARI
Eklenme Tarihi: 14 Nisan 2019
Geçerli Tarih: 29 Mart 2024, 15:11
Site: anamursedir-anamur dergi
URL: http://www.anamursedir.com/yazar.asp?yaziID=3826


AÇIKLAMA: Azerbaycan Yazıcılar Birliği Sumgayıt Bölmesi başkanı Sayın Gülnare CEMALEDDİN “TEMİZ YATAK” adlı hikâyemiz Türkiye Türkçesinden Azerbaycan Türkçesine uyumlaştırarak sayfasında yayımlamıştır. Kendisine teşekkür ederim

 

Çınar ARIKAN

www.anamursedir.com

Yayın Yönetmeni

 

******************************************************************

 

                              TƏMİZ YATAQ

 

Çınar ARIKAN-MERSİN (MEŞYAD)

 

Anamurun şimal-qərbində dağ kəndləri yerləşir. Bunlar Toros Dağları üzərində, yaşıllıqlar içində qurulmuş gözəl kəndlərdir. Karaağa, Lalə, Güngörən bu kəndlərdəndir. Buralarda kənd əhalisi əkinçilik və heyvandarlıqla geçinir. Bu kəndlərin insanları qonaqpərvərdirlər. Kəndin ən mühüm üç dəyəri -məscid, məktəb, kənd otağı yan – yana düzülmüşdür . Vaxtı xoş keçirmək üçün kənd kafelərində gözəl söhbətlər edilir, oyunlar oynanılırdı. Kəndlər bir neçə məhəllədən ibarətdir. Dağ kəndləri olduğu üçün məhəllələr arasında xeyli məsafə vardır. Hər bir kəndli dolanışığını təmin edəcəyi yerdə ev qurub.Buna baxmayaraq, bu məsafələr, bu uzaqlıqlar  kəndlinin birliyinə, yaşayışına mane olmur.. Kafeyə zaman- zaman digər məhəllələrdən də insanlar gələrək bu birliyə qoşulur, cümə günləri məsciddə birlikdə cümə namazı qılırlar. Kəndin uşaqları məktəbə hər tərəfdən gələrək elm, təhsil alır, toylarda birlikdə coşur, birlikdə oynayır, birlikdə əylənirlər. Taxıl birlikdə döyülür, toy yeməkləri birlikdə yeyilirdi. Xoşbəxtliklərinə birlikdə ortaq olur, ölümlər də, kədərlər də, ağrılar da birlikdə paylaşılırdı.

 

Bir qonağın kəndə gəlişini ilk dəfə məscid qarşısında oturub söhbət etməkdə olan insanlar görərdilər. Dərhal yola çıxaraq onunla söhbətə başlayardılar. Kasıb olsalar da , könülləri zəngin idi bu insanların. Hər biri qonağı yolundan daşındırıb , evinə aparmaq istəyirdi. Bütün bunlara baxmayaraq əgər gələn şəxs bir dövlət məmuruydusa, onu kənd evində qonaq etmək vəzifə olaraq muxatarların öhdəsinə düşürdi. Bütün kəndlilər də səfərbər olar,qonağa yeməklər gətirər, yeni təmiz yataq açır, axşam qonağın yanına toplanıb, gözəl söhbətlər edir, qonağın dediklərini dinləyirdilər, gecə yarısı adamlar evlərinə dağılır, qonaq da istirahətə çəkilirdi. Qış fəsli isə kənd evinin tənəkə sobası gurul – gurul yandırılır, tənəkə soba qızarır, köz kimi olurdu. Sobanın üzərində çay dəmlənirdi.

 

Bundan illər öncə heyvanlara ağır vergilər qoymuşdu. Vergilərin daha çox, heyvanın dəyərinin daha az olduğu günlərdə kəndlərdən birinə bir müfəttiş gəlir. Məscid qarşısında oturan kəndlilər dərhal onu qarşılayırlar. "Xoş gəldin" – dən sonra onun müfəttiş olduğunu öyrənirlər. Kənd evinə dəvət edirlər. Bu arada da muxtara xəbər göndərirlər. Muxtar gəlir. Xoş- beşdən sonra axşam üçün yemək hazırlıqları barədə  kəndlilərə göstəriş verir. Aralarında vəzifə bölgüsü aparır.

 

Axşam olar. Qaz lampaları yandırılır. Yemək yeyilir. Çaylar içilir. Qorğa, çərəzlə baş qatılır. Uzun söhbətdən sonra yatmaq vaxtı gəlir. Müfəttiş yanındakılara dönərək:

 

-Mən heç yel dəyməmiş təmiz bir yataq istəyirəm, yatmaq üçün mənə belə bir yataq gətirin,- deyir.

 

“Olar.” - deyir kəndlilər.

 

Bir qədər oturduqdan sonra kəndlilərdən biri oturulan otağa girərək yatağın hazır olduğunu xəbər verir. Müfəttiş hər kəsə; "Gecəniz xeyirə qalsın"-,deyərək yataq otağına keçir. Muxtar və kəndlilər sabah görüləcək işləri planlaşdıraraq dağılışacaqdılar. Bu məsələ üzərində danışıqlar apararkən müfəttişin getdiyi otaqdan səslər gəlir:

 

-"Ey, oğlan bu nədir? Bunu niyə qoydunuz"?

 

Səsi eşidincə muxtar və yanındakılar müfəttişin yataq otağına girirlər.

 

Onları görən kimi müfəttiş sərt bir səslə soruşur:

 

-Muxtar, bu nədir?

 

Muxtar və digərləri boylanırlar. Yataq, divanın üzərində sərilmişdir. Yastığı qoyulmuşdur. Yorğan da üzərinə örtülmüşdür. Ancaq yorğanın altında uzadılan qargının bir ucu da pəncərədən çölə uzanmışdır.

 

- Bunu soruşuram muxtar, bunu ,-müfəttiş əli ilə qarğını göstərir.

 

-Hə, omu. Şey. Hanı siz demişdiniz, ha bizə "Heç yel dəyməmiş, təmiz bir yataq istəyirəm"- dedi.

 

-Müfəttiş bəy, bilirsiniz ki bura kənd yeridir. Gəlib gedənimiz, qonağımız çox olur. Qarğı qoyuruq ki, yel yatağa dəymədən pəncərədən çölə çıxsın. Belə etməsək qonaqlarımız üçün hər dəfə heç yel dəyməmiş yatağı haradan tapırıq?

 

Uygunlayan: Gülnarə CEMALEDDİN